Davamlı ağız qoxusu (halitoz) sosial həyatda ciddi narahatlıq yarada bilər. Halbuki bu, çox vaxt başqa bir problem - diş əti xəstəliyi, kariyes, və ya ağız boşluğunun quruluğunun əlamətidir və düzgün diaqnostika ilə həll oluna bilər.
Ağız qoxusunun başlıca səbəbləri
- Bakterial ərp və diş daşı – 80% halların əsas səbəbi
- Diş ətinin iltihabı və parodontit
- Müalicə olunmamış karies
- Dil arxasında bakteriya yığılması
- Ağız boşluğunun quruluğu (xerostomiya)
- Bəzi qida məhsulları (sarımsaq, soğan)
- Siqaret və alkoqol
- Mədə-bağırsaq problemləri
- Diabet, böyrək və qaraciyər xəstəlikləri
Evdə nə etmək olar?
- Gündə 2 dəfə 2 dəqiqə diş fırçalama (diş, diş əti, dil)
- Hər gün diş ipi istifadəsi
- Xüsusi dil təmizləyici (tongue scraper)
- Çox su içmək – ağız boşluğunun nəm qalması
- Şəkərsiz saqqız – tüpürcəyin artması üçün
- Soğan və sarımsağın məhdudlaşdırılması
Həkim nə zaman lazımdır?
Əgər evdə qulluqdan sonra qoxu 2 həftə ərzində keçmirsə, mütəxəssis konsultasiyası vacibdir. İlk addım – peşəkar diş daşı təmizliyi və ağız boşluğunun tam müayinəsi.
Bizdə halitoz necə müalicə olunur?
German Dental Clinic Bakı'da halitozun müalicəsi mərhələlidir:
- Tam diaqnostika: ərp, diş əti, kariyes yoxlanması
- Peşəkar diş daşı təmizliyi (ultrasəs + AirFlow)
- Kariyes və köhnə doldurmaların müalicəsi
- Diş əti müalicəsi və profilaktika
- Fərdi gigiyena təlimi
Çox vaxt 1–2 ziyarətdən sonra problem həll olunur. Səbəb stomatoloji olmadıqda – qastroenteroloq və ya LOR mütəxəssisinə yönləndirmə.
Konsultasiya üçün növbə | +994 10 208 01 04