Bizim haqqımızda

Biz Alman keyfiyyət standartlarına əsaslanan, ixtisaslaşmış və rəqəmsal stomatoloji klinikayıq.
Məqsədimiz hər bir pasiyentə fərdi yanaşma, yüksək səviyyəli xidmət və müasir texnologiyalarla təhlükəsiz müalicə təqdim etməkdir. Klinikamızda rəqəmsal avadanlıqlar, beynəlxalq təcrübəli mütəxəssislər və pasiyent rahatlığı ön plandadır.
Sizə sadəcə müalicə yox, etibarlı və uzunmüddətli nəticə vəd edirik.


✔️ Alman tibbi keyfiyyət standartlarına uyğun xidmət
✔️ Rəqəmsal texnologiyalar və 3D diaqnostika
✔️ Fərdiləşdirilmiş və koordinasiyalı müalicə planları
✔️ Uşaqlar və böyüklər üçün fərdi yanaşma

Xidmətlərimiz:

  • Uşaq stomatologiyası - Uşaqların diş sağlamlığının qorunması və müalicəsi üçün xüsusi qulluq

  • Dental implantasiya - İtirilmiş dişlərin təbii görünüşlü və funksional bərpası.

  • Estetik stomatologiya - Hollywood təbəssümü, vinirlər və dişlərin ağardılması kimi kosmetik prosedurlar.

  • Diaqnostika - 3D tomoqrafiya, rentgen (RVG) və diş şəkilləri ilə dəqiq diaqnostika.

  • Periodontal müalicə - Diş əti xəstəliklərinin müalicəsi və ağız sağlamlığının bərpası.

  • Endodontiya (kanal müalicəsi) - Diş kök kanalının müalicəsi və iltihabların aradan qaldırılması.

  • Ortodontiya - Breketlər və şəffaf elaynerlər vasitəsilə dişlərin düzgün düzülüşünün təmin edilməsi.

  • Gigiyena (Profilaktika) - Dişlərin və ağız boşluğunun sağlamlığını qorumaq üçün müntəzəm təmizləmə və baxım.

 

German Dental Clinic – müasir stomatoloji xidmət sahəsində Alman keyfiyyət standartlarına uyğun qurulmuş ixtisaslaşmış bir klinikadır. Məqsədimiz pasiyentlərə yalnız funksional deyil, estetik baxımdan da ideal gülüş təqdim etməkdir.

Klinikamız Dentsply Sirona ilə tərəfdaşlıq əsasında qurulub. Bu əməkdaşlıq sayəsində klinika tam şəkildə bu markanın son nəsil texnologiyaları ilə təchiz olunub. Buraya stomatoloji kreslolar, 3D ağız skanerləri, CAD/CAM sistemləri, rəqəmsal laboratoriya və 3D printerlər, eləcə də 3D tomoqrafiya və sterilizasiya avadanlıqları daxildir.

Rəqəmsal yanaşmamız bizə daha dəqiq diaqnostika, daha sürətli və ağrısız prosedurlar və yüksək keyfiyyətli estetik nəticələr təqdim etməyə imkan verir.

Bizim komandamız stomatologiyanın müxtəlif sahələri üzrə ixtisaslaşmış təcrübəli həkimlərdən ibarətdir və hər bir pasiyentin ehtiyacına uyğun fərdi müalicə planı hazırlayır.

German Dental Clinic — sağlam və estetik gülüşə aparan Alman dəqiqliyində yol!

 

Niyə məhz German Dental Clinic?

1. Alman Standartlarına Uyğun Diqqətli Yanaşma

German Dental Clinic Alman stomatoloji protokolları əsasında fəaliyyət göstərir. Hər müalicə planı elmi əsaslarla qurulur, maksimum dəqiqlik və pasiyent təhlükəsizliyi təmin olunur. Bütün proseslər sistemli və şəffafdır.

2. Dentsply Sirona ilə Rəqəmsal Texnologiyalar

Biz klinikamızda Dentsply Sirona kimi dünyanın aparıcı istehsalçısının ən son stomatoloji avadanlıqlarından istifadə edirik. 3D skan, rəqəmsal diaqnostika, CAD/CAM sistemləri və intraoral texnologiyalar sayəsində daha sürətli, daha dəqiq və komfortlu nəticələr əldə edirik.

3. İxtisaslaşmış Komanda və Premium Materiallar

Bizdə hər həkim öz sahəsi üzrə ixtisaslaşmışdır – implantoloq, ortodont, terapevt, endodont və s. Bu yanaşma kompleks və nəticəyönümlü müalicəni mümkün edir. Eyni zamanda yalnız yüksək keyfiyyətli, beynəlxalq sertifikatlı materiallardan istifadə olunur.

 

Dentsply Sirona — German Dental Clinic-in Loyal Tərəfdaşı və Innovasiya Lideri

German Dental Clinic olaraq, biz ən müasir və yüksək keyfiyyətli avadanlıqlardan istifadə etməyə böyük önəm veririk. Bu səbəbdən klinikamızda Almaniyada əsası qoyulmuş və dünya üzrə tanınmış etibarlı Dentsply Sirona markasının qabaqcıl stomatoloji texnologiyalarını tətbiq edirik.

Dentsply Sirona, diş müalicəsində innovativ həlləri ilə tanınan, 130 ildən çox tarixə malik qlobal lider şirkətdir. Onlar pasiyetnlərə daha effektiv, təhlükəsiz və rahat müalicə imkanı yaradan avadanlıqlar, materiallar və rəqəmsal sistemlər istehsal edir.

Klinikamızda istifadə olunan Dentsply Sirona avadanlıqları arasında stomatoloji kreslolar, yüksək dəqiqlikli 3D skaner, rəqəmsal laboratoriya sistemi — CAD/CAM texnologiyası, 3D printer və 3D tomoqrafiya yer alır. Bundan başqa, sterilizasiya proseslərimizdə də Dentsply Sirona-nın qabaqcıl avadanlıqları istifadə olunur.

Bu qabaqcıl texnologiyalar bizə pasiyentlərə ən müasir, təhlükəsiz və effektiv müalicə metodlarını təqdim etməyə imkan verir.

Qısa faktlar

  • German Dental Clinic Bakıda fəaliyyət göstərən stomatologiya klinikasıdır və Almaniya keyfiyyət standartlarına, alman stomatoloji protokollarına uyğun işləyir.
  • Klinika Dentsply Sirona ilə tərəfdaşlıqda qurulub: stomatoloji kreslolar, 3D ağız skanerləri, CAD/CAM sistemləri, rəqəmsal laboratoriya, 3D printerlər, 3D tomoqrafiya və sterilizasiya avadanlığı bu markanındır.
  • Diaqnostika və diş laboratoriyası eyni binadadır.
  • Hər həkim öz sahəsi üzrə ixtisaslaşıb — implantoloq, ortodont, terapevt, endodont və s. Baş həkim Dr. Lalə Əsədova Almaniyada Dentsply Sirona Akademiyasında hazırlıq keçib.
  • Qeydiyyat və yazışma azərbaycan, rus və ingilis dillərindədir.
  • İş saatları: bazar ertəsi – şənbə 09:00–21:00, bazar 09:00–18:00.
  • Tibbi sığorta tərəfdaşı: Mega Sığorta.

Tez-tez verilən suallar

German Dental Clinic alman klinikasıdırmı?
German Dental Clinic Bakıda fəaliyyət göstərən stomatologiya klinikasıdır. Adını Almaniya keyfiyyət standartlarına və alman stomatoloji protokollarına uyğun işlədiyi üçün daşıyır. Klinika Almaniyada əsası qoyulmuş Dentsply Sirona ilə tərəfdaşlıqda qurulub: stomatoloji kreslolar, 3D skanerlər, CAD/CAM laboratoriyası, 3D tomoqrafiya və sterilizasiya avadanlığı bu markanındır.

Həkimlər Almaniyada təhsil alıblarmı?
Baş həkim Dr. Lalə Əsədova Almaniyada Dentsply Sirona Akademiyasında peşəkar hazırlıq keçib. Digər həkimlər Azərbaycanda, Türkiyədə, İtaliyada və Ukraynada təhsil alıb, beynəlxalq kurs və konqreslərdə iştirak ediblər. Hər həkimin təhsili və kursları komandamız səhifəsindədir.

Klinika hansı dillərdə işləyir?
Qeydiyyat və yazışma azərbaycan, rus və ingilis dillərindədir. Müalicə planı və sənədlər də bu dillərdən birində verilə bilər — qeydiyyat zamanı hansı dili seçdiyinizi bildirin.

Klinika tibbi sığortanı qəbul edirmi?
Klinika Mega Sığorta ilə əməkdaşlıq edir. Mega Sığorta tibbi sığorta paketi ilə konsultasiya, diaqnostika və müalicədən paketin şərtləri çərçivəsində yararlanmaq olar. Əhatə olunan xidmətlər konkret paketdən asılıdır, ona görə də gəlməzdən əvvəl Mega Sığorta və ya resepsiyon vasitəsilə dəqiqləşdirin. Ətraflı: sığorta.

Klinikanın iş saatları necədir?
Bazar ertəsindən şənbəyə qədər 09:00–21:00, bazar günü 09:00–18:00. Vaxtı onlayn qeydiyyat səhifəsindən seçə bilərsiniz.

Klinikada hansı müalicələr aparılır?
Diaqnostika (3D tomoqrafiya, RVG rentgen, diş fotoşəkilləri), gigiyena və profilaktika, endodontiya (kanal müalicəsi), periodontal müalicə, diş implantasiyası, estetik stomatologiya (vinirlər, ağartma), breketlər və şəffaf elaynerlərlə ortodontiya, gnatologiya, uşaq stomatologiyası və təcili stomatoloji yardım. Hər istiqamətin ayrıca səhifəsi xidmətlər bölməsindədir.

Uşaqları müalicə edirsinizmi?
Bəli. Klinika uşaqları və böyükləri qəbul edir, uşaqlar üçün ayrıca uşaq stomatologiyası istiqaməti var.

Xaricdən gələn pasiyentləri qəbul edirsinizmi?
Bəli. Əlaqə səhifəsi vasitəsilə vəziyyəti təsvir edin və əlinizdə olan rentgen şəkillərini göndərin, sonra konsultasiya tarixini səfərinizə uyğun seçin. Diaqnostika və laboratoriya eyni binadadır, buna görə müalicənin çox hissəsi bir səfərə sığır; dəqiq plan klinikada diaqnostikadan sonra qurulur. Ətraflı: Bakıda dental turizm.

German Dental Clinic Baku
Xidmətlərimiz
Əlaqə
Bazar ertəsi - Şənbə: 09:00 - 21:00
Bazar: 09:00 - 18:00
148 Şəfaət Mehdiyev, Bakı 1000, Azerbaijan
E-poçt
Haqqımızda

German Dental Clinic Bakı-da biz hər yaşdan pasiyentlərə yüksək keyfiyyətli, fərdi stomatoloji xidmət təqdim edirik. Təcrübəli həkimlərimiz ən son texnologiyalardan istifadə edərək, müalicə prosesini rahat, effektiv və nəticəsini – sağlam, estetik gülümsəmə kimi təmin edirlər.